Şərqi İngiltərənin Barnham kəndində tapılan yeni arxeoloji sübutlar insanların ilk dəfə od yaratdığı dövrün indiyə qədər düşündüyümüzdən 350 min il daha qədim olduğunu göstərib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, araşdırmalar insanların burada 400 min il əvvəl süni şəkildə od yandırdığını göstərib. Bu isə hazırkı elmi təsəvvürləri tamamilə dəyişir. Mütəxəssislər qazıntı zamanı bişmiş torpaq qatları ilə yanaşı, daş dövrünə aid ən erkən çaxmaqdaşı alışdırıcısını aşkarlayıblar. Bu alət çaxmaqdaşının pirit adlı qayaya vurulması ilə qığılcım yaradaraq od alınmasına imkan verib.
Alimlər vurğulayırlar ki, od yaratmaq bacarığı insanın inkişafında dönüş nöqtəsi olub. İsti saxlamaq, qida bişirmək və beləliklə beynin inkişafını sürətləndirməklə insanı digər canlılardan fərqləndirib.
Britaniya Muzeyinin əməkdaşı professor Nik Eşton jurnalistləri əraziyə apararaq insanın odla ilk təmasına dair bu mühüm kəşfi yerində göstərib və izah edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB