Gürcüstan parlamenti 2026-cı ilin dövlət büdcəsini təsdiq edib

Gürcüstan parlamenti uzun müzakirələrdən sonra 2026-cı ilin dövlət büdcəsinin yekun layihəsini təsdiq edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yenilənmiş büdcə sənədini maliyyə naziri Laşa Xutişvili təqdim edib.

Bildirilib ki, gələn ilin dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsində müəyyən dəyişikliklər edilib. 2026-cı il dövlət büdcəsinin mədaxil göstəricisi 468,6 milyon lari artırılaraq 30 milyon 759,4 milyon lari, dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi isə 405,5 milyon lari artırılaraq 30 milyon 881,4 milyon lari müəyyən olunub.

Gələn ilin büdcə layihəsinə əsasən, real iqtisadi artım 5 faiz, ortamüddətli perspektivdə isə real iqtisadi artım proqnozu 5,3 faiz təşkil edir. ÜDM deflyatoru 4,1 faiz, sonrakı illərdə isə bu göstərici 3 faiz səviyyəsində proqnozlaşdırılır. Orta inflyasiya proqnozu 3,3 faiz, ortamüddətli perspektivdə isə hədəf göstərici daxilində - 3 faiz təşkil edir. Nominal ÜDM proqnozu 114,1 milyard lari səviyyəsində müəyyən edilib və 2029-cu ilə qədər nominal ÜDM artımının -145,5 milyard lariyə çatacağı proqnozlaşdırılır.

İcmal büdcənin vergi gəlirləri 27,4 milyard lari təşkil edir ki, bu da layihənin əvvəlki variantından 240 milyon lari çoxdur. Büdcə kəsiri ÜDM-in 2,5 faiz səviyyəsində saxlanılıb, dövlət borcunun nisbəti isə ÜDM-in 33,5 faizinə endirilib.

Yuxarıda göstərilən rəqəmlərə əsasən, 2026-cı ilin icmal büdcəsinin xərc hissəsi 36,3 milyard lari təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə