Ukrayna ötən çərşənbə günü Tramp administrasiyasına ABŞ-ın Rusiya ilə münaqişənin həllinə dair son təkliflərinə cavab təqdim edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, CNN bu barədə mənbələrə istinadla məlumat yayıb.
“Müzakirələr davam edir və Kiyevin son cavabında sənədlərə hansı dəyişikliklərin edildiyi hələ bəlli deyil”, – məlumatda bildirilir.
Müzakirələrin mövzusu üç sənəddən ibarətdir: münaqişənin həllinə dair ümumi çərçivə; Ukrayna üçün təhlükəsizlik təminatları; Ukraynanın bərpasına dair plan.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB