ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasının üzvlərinin gələn ilin əvvəlində elan ediləcəyini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tramp onların qlobal liderlərdən ibarət olacağını əlavə edib.
“Bu, indiyə qədər ən əfsanəvi şuralardan biri olacaq. Əsasən, bu, ən vacib ölkələrin rəhbərlərindən ibarət olacaq. Hamısı orada olmaq istəyirlər”, - deyə Tramp qeyd edib.
Trampın atəşkəs sazişinin şərtlərinə əsasən, Sülh Şurasının Qəzzanın idarə olunmasında köməkçi rol oynaması planlaşdırılır.
ABŞ Prezidenti qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB