Boliviyanın keçmiş prezidenti Luis Arse həbs edilib

Boliviyanın keçmiş prezidenti Luis Arse həbs edilib

Boliviyanın keçmiş Prezidenti Luis Arse Katakora həbs edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Edman Lara sosial mediada açıqlayıb. Bildirilib ki, o, korrupsiya istintaqının bir hissəsi olaraq saxlanılıb.

Qeyd edək ki, Luis Arse Katakora 2020-ci ildən 2025-ci il noyabrın 8-dək Boliviya Prezidenti olub. Bir ay əvvəl onu bu vəzifədə Rodriqo Paz əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə