Heydər Əliyev Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin banisidir - MƏQALƏ

XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində qerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, cağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının banisi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır.

Ümumilli Liderin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu tarixin əzəmətini və möhtəşəmliyni tam mənası ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındaki əvəzsiz xidmətlərini dərindən dərk etmək imkanı verir.

Heydər Əliyevin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, onun həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişafınin təmin edilməsindəmüstəsna xidmətləri olub.

Belə ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib və bütün sahələrdə uğurlu islahatlar həyata keçirib.

Təbiidir ki, Sovetlər Birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayınmayıb. Keçmiş SSRİ kimi nəhəng fövqəl dövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan Ulu Öndərin Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin Sityasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirib.

SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib ki,dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaradıb. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin edib.

Heydər Əliyev irsi barədə fikirlərini bölüşən Milli Məclisin üzvü diqqətə çatdırıb ki, onun formalaşdırdığıAzərbaycançılıq ideologiyası müstəqilliyi, milli birliyi, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyıb.

Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.

2003-cü ilin Prezident seçkilərində Heydər Əliyevonun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərək, əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü işləri İlham Əliyev başa çatdıracaq. Belə dəoldu və ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.

“Bu gün Heydər Əliyevin ruhu şaddır, çünkiAzərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığına qovuşub” - deyən parlamentariəlavə edib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlər davamlı xarakter alır, ölkəmiz regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.

Heydər Əliyevin irsiAzərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq və onu təbliğetmək olduqca vacibdir. Çünki Ulu Öndərindövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.

Son illər ərzində hörmətli dövlət başçımızın müəlifliyi ilə qazandığımız yüksək nailiyyətlər Ümummilli Liderin arzularının və amallarının həyata vəsiqə alması deməkdir. Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək.

Milli Məclisin deputatı Ağalar Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə