...SİA xəbər verir ki, London ICE birjasındakı ticarət məlumatlarına görə, Avropa qazının qiymətləri ötən yazdan bəri ən aşağı səviyyəyə düşüb. Çərşənbə günü bazar açılandan bəri Hollandiyanın TTF mərkəz indeksində təbii qazın yanvar fyuçersləri iki faizdən çox düşüb.
Qiymət min kubmetr üçün 323,10 dollara (2,3 faiz azalma) düşdü ki, bu da 2024-cü ilin may ayından bəri ən aşağı göstəricidir. Ticarət zamanı təbii qazın qiyməti 319,50 dollara (3,4 faiz azalma) düşdü.
Ticarət meydançasında fyuçers müqavilələrinin orta illik qiyməti əvvəlki ilə nisbətən 16,3 faiz aşağı olmaqla 386,50 dollar təşkil edib.
Analitiklərin fikrincə, qiymət dəyişikliyi yanacaq istehlakını azaldan proqnozdan yuxarı temperaturlar, eləcə də ehtiyatların sürətlə tükənməsi ilə bağlı narahatlıqlar ilə əlaqədardır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB