İsveçrənin yeni prezidenti seçilib...

İsveçrənin iqtisadiyyat naziri Qi Parmelen Federal Məclisin hər iki palatasında keçirilən səsvermədə 210 səsdən 203-nü toplayaraq 2026-cı il üçün ölkə prezidenti seçilib.

SİA bu barədə xarici mediaya istinadla xəbər verir.

İsveçrədə prezident Federal Şura üzvlərindən bir il müddətinə seçilir. Parmelen həm prezident, həm də iqtisadiyyat naziri olaraq fəaliyyət göstərəcək. O, 2021-ci ildə də prezident olub.

Bütün xəbərlər Facebook səhifəmizdə