Chery şirkəti Tiggo modelləri sırasında yeni krossover hazırlayır...

...SİA-nın məlumatına görə, Chery-nin yeni modeli Çində təqdim edilib. Yerli Sənaye və Ticarət Nazirliyi bazarımızda məşhur Omoda C5-i əvəz etməsi gözlənilən Chery Tiggo 5 Pro-nun şəkillərini və xüsusiyyətlərini dərc edib.

Diqqəti cəlb edən ilk şey tamamilə yeni dizayndır. Avtomobilin xarici görünüşü daha idman üslubuna malikdir. Modelin kupeyəbənzər kuzovu, dar LED farları, ənənəvi radiator barmaqlığını əvəz edən bamperdəki böyük hava girişi və ətrafdakı plastik bəzəkləri görə bilərsiniz.

Krossoverin ölçüləri 4540 x 1835 x 1588 mm, təkər bazası isə eyni 2630 mm-dir.

Tiggo 5 Pro 156 at gücünə malik 1,5 litrlik turbomühərriklə təchiz olunub.

Bu mühərrik robotlaşdırılmış transmissiya ilə birləşdirilib. Xüsusiyyətlərə görə, orta yanacaq sərfiyyatı 100 km-də 7,29 litrdir.

Maksimum sürət 180 km/saat ilə məhdudlaşır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə