Putin Zelenskinin enerji barışığı təklifini rədd etdi...

Kreml buna kinayəli şəkildə cavab verdi…

...Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskvanın belə bir təşəbbüsü qəbul edəcəyi təqdirdə enerji barışığının mümkünlüyü ilə bağlı açıqlamasına kinayə ilə cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, Putinin sözçüsü Dmitri Peskov Zelenskinin təklifini şərh edərkən belə bir ehtimalı faktiki olaraq rədd edib.

...Biz barışıq üçün deyil, sülh üçün çalışırıq.

Deyilənlərə görə, Peskov bunu kinayə ilə bildirib.

O, Rusiyanın "mütləq prioritetinin" "müvafiq sənədlərin imzalanması yolu ilə əldə edilən davamlı, zəmanətli sülh" olduğunu bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə