Milli Məclisdə işəgötürənlər haqqında yeni qanunun qəbulu təklif olunub.
SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, bu məsələ beynəlxalq təşkilatların mövqeyidir:
"Mütəxəssislər Əmək Məcəlləsi yetərli olduğunu desə də, beynəlxalq təşkilatlar işəgötürənlər haqqında əlavə qanunun olmasını tövsiyə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB