“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” - Nazir
“Formal məşğulluğun təşviqi üzrə görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 45 faiz artıb və bu artımın böyük hissəsi özəl sektorun payına düşüb. Nəticədə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə yüksəlib”. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk Dövlətləri Təşkilatının nazirlərinin ilk iclasında bildirib.
Nazir qeyd edib ki, əmək münasibətləri sahəsində əsas prioritetlər işçilərin əmək və sosial hüquqlarının qorunması, layiqli və təhlükəsiz əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasıdır.
O vurğulayıb ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya edib, daha 4 konvensiya üzrə ratifikasiya imkanları araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB