Dağıdıcı müxalifətin fəaliyyəti satqınlıqdır ANALİZ

Cəmiyyətin dağıdıcı müxalifətə nifrəti başa düşüləndir. Bu münasibət konkret faktlara söykənir. Birincisi, AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, anti-Azərbaycan dairələrinin siyasi-maddi köməkliyinə arxalanırlar. İkincisi, dağıdıcı müxalif ünsürlər xalqın dəstəyinə deyil, xarici qüvvələrin "xeyir-duası"na əsaslanıb seçki prosesinə qatılırlar. Acınacaqlı seçki məğlubiyyəti ilə üzləşmələrinə baxmayaraq nəticələri elmi-siyasi təhlil etməmələri onların anormal fəaliyyət yolu tutduqlarını göstərir. Bununla yanaşı, Əli Kərimlinin, Cəmil Həsənlinin, İsa Qəmbərin və Arif Hacılının siyasi mədəniyyətdən uzaq olmaları onların ictimai qınaq obyektinə çevrilmələrinə gətirib çıxarır. Bu kimi faktlar cəmiyyətin dağıdıcı müxalifəti və onların istənilən təşəbbüslərini rədd edirlər. Bunu anlayan dağıdıcı müxalifət bütün gücünü və fəaliyyətini cəmiyyətə pisliklər etməyə səfərbər edir. Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin müxtəlif xarici ünvanlara Azərbaycan haqqında göndərdikləri dezinformasiya xarakterli məktublar, hesabatlar qeyd olunanlara misal ola bilər. Bununla kifayətlənməyən Əli Kərimli bəzi ölkələrin Azərbaycana qarşı qərəzli mövqedə olduğunu anladığından ölkəmizin iç məsələlərinə dair qarayaxma xarakterli məqalələr hazırlayaraq, həmin dövlətlərin mətbu orqanlarında çap etdirir. Sonra da məqalələri sosial şəbəkələrdə paylaşmaqla özü haqqında "tanınmış siyasətçi" imici formalaşdırmağa çalışır. Hətta utanıb çəkinmədən tez-tez bəyan edir ki, o xarici internet TV-lərə, saytlara Azərbaycandakı vəziyyətlə bağlı açıqlamalar verir və xarici oxucuları ölkəmizdəki durumla tanış etməyə çalışır. Təbii ki, onun açıqlaması Azərbaycanın uğurlarına, nailiyyətlərini kölgə salmaq üzərində qurulur. Zatən bu cür anormal fəaliyyətini 30 ilə yaxındır ki, davam etdirir. Söz yox ki, Ermənistan, Almaniya, Fransa, Yunanıstan kimi daim Azərbaycana qarşı düşmən mövqedən çıxış etmiş dövlətlərin divar qəzetlərində, internet səhifələrində şər və böhtan tipli yazılar çap etdirmək siyasətçi adına iddia edən şəxsə baş ucalığı gətirə bilməz. Olsa-olsa belə şəxslər daim terroru dəstəkləyən və separatizmin genişlənməsinə maliyyə yardımları göstərən dövlətlərin qrant layihəsindən bəhrələnmək imkanını qazana bilərlər ki, bu da xəyanətdən başqa bir şey deyil. Həm də onların fəaliyyətləri "Siyasi partiyalar haqqında qanunun" tələblərinə ziddir.

Əli Kərimli və İsa Qəmbər məsuliyyətə cəlb olunmalıdır

Dünyanın əsas güc mərkəzlərindən birinə çevrilən Azərbaycanı xarici anti-Azərbaycan qüvvələrlə birləşib hədəf seçmək düşmənçilik deməkdir. Ölkəmizin daxili məsələləri ilə bağlı şər və böhtan xarakterli məlumatlarla çıxış etmək və məqalələr yazmaq birbaşa müəyyən terroru dəstəkləyən dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığın nəticəsidir. Bir sıra Azərbaycanın uğurlarından narahat xüsusi xidmət orqanları Əli Kərimlinin və Cəmil Həsənlinin qələmə aldıqları və dilə gətirdikləri dezinformasiyalar əsasında Azərbaycana qarşı iddialarla çıxış etmək imkanını qazanırlar. Bu baxımdan Ə.Kərimlinin və Cəmil Həsənlinin əməllərini satqınlıq və xəyanət hesab etmək olar. Hüquq-mühafizə orqanları bu kimi satqınlığı və xəyanəti əsas götürərək sözügedən dağıdıcı müxalif xəyanətkarlarına qarşı istintaq araşdırmasına başlaya bilər. Daha doğrusu, onlar məsuliyyətə cəlb olunaraq həbs edilə bilərlər.

Sübuta yetirilir ki, dağıdıcı müxalif ünsürlər şər və böhtan kampaniyasından daha çox istifadə edirlər. Bu da onların zəifliklərindən və acizliklərindən irəli gəlir. Sadəcə, Ə.Kərimli, C.Həsənli, İsa Qəmbər, A.Hacılı acizliklərini dilə gətirməyə cəsarət etmirlər. Bu da xarici qüvvələr tərəfindən heç də yaxşı qarşılanmayacağı ilə bağlıdır. Radikallar anlayırlar ki, məğlubiyyətlərini etiraf edəcəkləri təqdirdə maddi və mənəvi dəstək aldıqları xarici dairələrlə aralarında dərin uçurum yaranacaq. Ona görə də problemdən qaçmaq üçün müxtəlif anormal çağırışlarla çıxışlar edir, terror yuvası olan dövlətlərin mətbu orqanlarında suyunu içib, çörəyini yedikləri Azərbaycan dövlətinin ünvanına həqiqətdən uzaq olan məqalələr dərc etdirirlər.

Əli Kərimli düşərgənin üz qarasına çevrilib

Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr dağıdıcı ünsürlərin fəaliyyətlərini təxribatlar üçün "universal" fürsət yaradan amil kimi dəyərləndirir. Ona görə də, dağıdıcı məxluqların fəallığının daha da artırılması üçün onlara maliyyə yardımlarını bir qədər də artırırlar. Məlumatlara görə, yalnız son 6 ay ərzində Milli Şuraya və AXCP-yə müxtəlif xarici fondlardan ümumilikdə 234 min avro və 57 min 345 ABŞ dolları qrantlar verilib. Həmin maliyyə vəsaitlərinin bir hissəsi Böyük Britaniyanın banklarına yerləşdirilib. Niyə məhz Böyük Britaniya? Təbii ki, bu sualın cavabını ancaq Cəmil Həsənli verə bilər ki, o da buna cavab verməyə həvəsli olmayacağı şübhəsizdir. Təbii ki, araşdırmalarla sualın cavabını aydınlaşdırmaq mümkündür. Birincisi, Cəmil Həsənlinin qudası Böyük Britaniyada yaşayır. İkincisi, Əli Kərimlinin övladları Londonda fəaliyyət göstərirlər. Daha doğrusu, Əli Kərimlinin ailəsi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Londonda yerləşən kvartaldan alıb, onlara bağışladığı evdə yaşayırlar. Bu baxımdan da alınan qrantlar İngiltərə banklarında saxlanılır. Bu, həm Cəmil Həsənlinin, həm də Əli Kərimlinin maraqlarına cavab verir. C.Həsənlinin tez-tez İngiltərəyə səfər etməsi də təsadüfi səfər hesab edilə bilməz. Düzdür, C.Həsənli iddia edir ki, Londona səfəri elmi tədbirlərə dəvət olunması ilə bağlıdır. Sual olunur, C.Həsənli hansı xətlə elmi tədbirlər dəvət olunur? Elmi tədbirə dəvət edənlər kimlərdir və hansı elmi mərkəzlərdir? Təbii ki, bu adi sualların cavabını verməkdə C.Həsənli acizdir. Çünki ortada belə bir dəvət yoxdur. Özün də cəsarət tapıb, reallığı dilə gətirə də bilmir. Deyə də bilmir ki, ötürülən qrantların bir hissəsini Bakıya Ə.Kərimliyə gətirməklə, digər hissəsini isə banklarda yerləşdirməklə məşğuldur.

Aldıqları pullar qarşılığında dağıdıcı müxalifət xarici məkrli dairələrin maraqlarına xidmət etmək və cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Əgər belə olmasa idi, Ə.Kərimli bəyanat yayaraq beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırmazdır. Fikir verin, Ermənistandakı revanşistlər, o cümlədən erməni arxiyepiskopu, Fransadakı makronçular, ABŞ-dakı ermənipərəst konqresmenlər və digər qüvvələr Azərbaycana sanksiyaların tətbiq olunması çağırışları ilə çıxış edirlər, eyni mövqeyi Azərbaycanda doğulub çörəyini yeyib, suyunu içən Ə.Kərimli də sərgiləyir. Sual yaranır, niyə Ə.Kərimli erməni arxiyepiskopu kimi düşünür və çağırış edir? Nədən "Yurd" şefi Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləyir? Pul, mənəvi dəstək bu qədərmi qiymətlidir? Ola bilər, radikallar pul-para əldə etsinlər, lakin heç bir halda cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllərə nail ola bilməyəcəklər. Gec-tez maddi və mənəvi dəstək aldıqları Ramiz Mehdiyev və dəstəsi kimi ifşa olunacaqlar. Bu zaman onları heç bir qüvvə, hər bir məsələ də güvəndikləri, arxalandıqları xarici anti-Azərbaycan dairələr də onlara kömək edə bilməyəcək. O günün baş verməsinə isə çox az bir vaxt qalıb.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə