Həbs olunan Sevinc Osmanqızının və İlqar Hacıyevin sonradan azad edilməsi suallar yaradır ANALİZ

Azərbaycan, azad, demokratik, hüquqi dövlətdir. Heç kim tutduğu mövqeyindən, daşıdığı statusundan asılı olmayaq qanundankənar addımlar ata bilməz. Səbəbsiz yerə deyilməyib ki, "qanun şahdır, şah qanun deyil". Azərbaycanın dağıdıcı müxalifəti və xaricdəki antimilli ünsürlər anlaqsız vəziyyətdə və müxtəlif qüvvələrin təsiri altında olduqlarından Azərbaycanın qanunvericilik aktlarına qarşı hörmətsizlik nümayiş etdirirlər, addımbaşı cinayət əməlləri törədirlər. Xaricdə gizlənən Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qənimət Zahid, Orduxan Temirxan, Abid Qafarov, Tural Sadıqlı, Arif Məmmədov, Sevinc Osmanqızı və digər antimilli ünsürlər Azərbaycanda yaşadıqları zaman cinayət törədiblər və cəzalarını alıblar. Lakin cəzanın ədalətsiz olduğunu iddia edərək xaricə üz tutub, oradan xalqını sevən, dövlətinə bağlı vətənpərvər oğullara qarşı təhqiredici fikirlər səsləndirir, videolar paylaşırlar. Nədən? Haqlı və əsaslı sualdır. Azərbaycanda doğulasan, özünü azərbaycanlı hesab edəsən, ancaq xaricə üz tutan kimi ermənidən betər erməni olasan? Burada səbəb heç də Azərbaycanda yaşadığı zaman üzləşdiyi hansısa xoşagəlməz hadisə deyil. İnzibati tənbeh olunması da Avropada və ABŞ-da oturub ölkəmizə qarşı ittihamlar irəli sürülməsi üçün əsas deyil. Başlıca səbəb, xaricə gedərkən xəyalında qurduqlarının sabun köpüyündən başqa bir şey olmadığını görməsi, lakin geri qayıtmağa üzünün olmamasıdır. Bundan istifadə edən Avropanın və ABŞ-ın məkrli dairələri onları öz qara torlarına salıb, istifadə edirlər. İlk vaxtlar onlara aylıq böyük məbləğ də pul-para, gözəl yaşayış və oturum izni vədləri verilib. Vaxt keçdikcə vədlərdən imtina edilib. Çünki antimilli ünsürlər tam şəkildə çirkabın içinə batıb, özlərini natəmiz məxluqa çevirmişlər. Tural Sadıqlı, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, Arif Məmmədov açıq şəkil də ermənipərst mövqe nümayiş etdirirlər. Dəfələrlə Sevinc Osmanqızı çıxışlarında erməni lobbisinin sifarişlərinə uyğun olaraq Ermənistan hakimiyyətini tərifləyib və Paşinyanın mövqeyinin "əsaslı" olduğunu bəyan edib. Hətta utanıb, çəkinmədən "Paşinyan demokratik baş nazirdir və xalqının maraqlarına dəyər və hörmət göstən şəxsdir" deyə bildirir. Özünün TV-sin də Azərbaycanın prinsipial mövqeyini müdafiə etməyi "lüzum bilməyən" Sevinc Osmanqızı Ermənistandakı revanşistlərin "arqument" lərini "müsbət hal" kimi dəyərləndirib. Bütün bunlar onu təsdiq edir ki, S. Osmanqızı Ermənistanın təbliğatçısı rolunu üzərinə bir missiya olaraq götürdüyünü gizlətmir. Hətta dolayısı ilə bununla fəxr etdiyinə eyham vurur.

Sevinc Osmanqızına qarşı cinayət işi qaldırıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində Sevinc Osmanqızına Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Bildirişdə onun təqsirləndirilən şəxs olaraq əməlləri geniş və əhatəli şəkildə qeyd edilib. Həmin qərara əsasən, "YouTube" internet portalında istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı videomüraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə yayılmasına, habelə Beydulla Ənvər oğlu Manafov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentyabr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Abid Abdin oğlu Qafarov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024 və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin bildirişində S. Mirzəyevaya şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməli olduğu qeyd olunub. Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Sevinc Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib. Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir. Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir. Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Sevinc Osmanqızına xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Eyni məzmunlu bildirişlər Qənimət Zahidova, Abid Qafarov, Hacıyev İlqar Allaz oğluna və digərlərinə də göndərilib.

Sevinc Osmanqızını və İlqar Hacıyevi həbsdən xilas edən o iki mülki şəxs kimdir?

Gözlənilən ondan ibarətdir ki, təqsirləndirilən xaricdəki antimilli ünsürlər qanuna qarşı növbəti hörmətsizlik nümayiş etdirəcəklər. Yəni onlar ədalət mühakiməsindən çəkinərək istintaqın qanunu çağırışına əməl etməyəcəklər. Bununla təbii olaraq vəziyyətlərini daha da ağırlaşdırmış olacaqlar. Beynəlxalq hüquq normalarından çıxış etməklə Azərbaycan haqlarında cinayət işi açılan xaricdəki antimilli ünsürlərin həbs olunması üçün hüquqi addımlar atacaq. Artıq bir sıra mənbələridən aldığımız məlumata görə, ABŞ-da gizlənən Sevinc Osmanqızı və İlqar Hacıyev polis tərəfindən saxlanaraq dindirilib. Məlumata görə, Sevinc Osmanıq polis idarəsində özünü xuliqan kimi aparıb və ABŞ rəsmi dairələrinə şikayət edəcəyi hədəsi ilə polis əməkdaşlarını qorxutmağa çalışıb. Ancaq polislər onu ayaqlarına təpiklə vurub, susmasını tələb ediblər. Hətta polis məmuru həyasız hərəkətlərinin davam edəcəyi təqdirdə məhkəmə qarşısına çıxarılaraq həbs ediləcəyini bildirib. Onun nəzərinə çatdırılıb ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən haqlarında cinayət işi qaldırılıb və dindilimələrinə zərirət var. Bundan sonra qorxuya düşən S.Osmanqızı polislərlə sakit tərzdə danışmağa başlayıb.

Polis idarəsində olarkən İlqar Hacıyevin polislərə rüşvət verməyə çalışdığı bildirilir. Ancaq istəyi baş tutmayıb. Onun bu hərəkəti ABŞ qanunvericiyinə zidd olduğu bildirilib və son xəbərdarlıq edilib. Məlumata görə, hər iki antimilli ünsür 5 saata qədər polis bölməsində saxlanılıb, dindirilib, izahatları alınıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, S.Osmanıqızı fürsət taparaq kiməsə zəng edib. Zəngdən 30 dəqiqə sonra iki mülki şəxs polis bölməsinə gəlib, idarə rəisi ilə görüşüb. Az sonra Sevinc Osmanzıqızı və İlqar Hacıyev saxlanma kamerasından çıxarılaraq gələn iki mülki şəxsə təhvil veriliblər. Ehtimal olunur ki, S.Osmanızını və İ.Hacıyevi xilas edənlər xüsusi xidmət orqanlarının zabitlərdidir.

Söz yox ki, Azərbaycan qanunları harada və kimin himayəsinə sığınmalarından asılı olmayaraq haqlarında cinayət işi qaldırılan antimilli ünsürləri hər məqamda izləyəcək. Prosesin sonunun isə onlar üçün heç də yaxşı olmayacaq. Nəhayət, həbs olunaraq Bakıya gətirilərək, ədalət mühakiməsinə təhvil veriləcəklər.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə