Azərbaycanlı mütəxəssislər Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin 19-cu konqresində iştirak ediblər - FOTOLAR
Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalının Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Assosiasiyanın üzvləri Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin 19-cu konqresində iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Assosiasiyadan məlumat verilib. Konqresdə Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyası iki elmi tədqiqat işi ilə təmsil olunub. Hər iki tədqiqat işi “Web of Science” bazasında indeksləşən “Experimental and clinical transplantology” jurnalının konqres materiallarına dair kitabında çap olunub. Tədqiqat işləri “The Transplantation Society”nin prezidenti professor Nadey Hakim və tanınmış transplantoloq professor Gökhan Moray tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, elmi ezamiyyət Başkent Universitetinin rektoru professor Mehmet Haberalın dəvəti ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB