Naxçıvanda Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər.
Naxçıvan şəhərindəki ümumtəhsil, incəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Məktəbi və Ərtoğrol Cavid adına Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri isə şanlı qələbəmizi, Müzəffər ordumuzu və sülh motivlərini əks etdirən, müxtəlif üsulda işlənmiş 50-yə yaxın rəsm əsəri təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB