"Zəfər Günü Azərbaycan xalqının əsrlər boyu arzuladığı ədalətin bərpa olunduğu, torpaqlarımızın azadlığına qovuşduğu ən əlamətdar, ən müqəddəs günlərdən biridir. Bu gün təkcə bir hərbi qələbənin deyil, həm də milli birliyin, xalqın iradəsinin, Vətən sevgisinin və qəhrəmanlığın təntənəsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
 Onun sözlərinə görə, Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 gün davam edən Vətən müharibəsində müasir hərb tarixində bənzəri az olan bir əməliyyat planını uğurla həyata keçirdi. Bu müharibə təkcə cəbhədə aparılan döyüş deyil, həm də strateji düşüncənin, texnoloji üstünlüyün və milli ruhun birləşdiyi müasir hərbi modelin nümunəsi idi. Zəfər Günü yalnız keçmişin deyil, həm də gələcəyin rəmzidir. Bu gün Azərbaycanın dövlətçiliyini daha da möhkəmləndirdi, xalqımızın özünə inamını artırdı, regionda yeni reallıqlar yaratdı. 44 günlük Vətən müharibəsində qazanılan bu tarixi qələbə dünya hərb tarixində yeni bir səhifə açdı – yüksək texnologiyaların, intellektual planlaşdırmanın və milli həmrəyliyin sintezi ilə əldə edilən unikal qələbə modeli kimi dəyərləndirilir.

Biz bu Zəfəri xalqımızın birliyinə, ordumuzun gücünə və şəhidlərimizin müqəddəs ruhuna borcluyuq. Onların hər biri bu günün yazılmasına öz canı ilə imza atdı. Bu səbəbdən Zəfər Günü təkcə bayram deyil, həm də milli qürur və minnətdarlıq günüdür. Bu qələbə ilə Azərbaycan sübut etdi ki, xalqın birliyi, ədalətli mövqeyi və möhkəm iradəsi qarşısında heç bir güc dayana bilməz. Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, gələcək nəsillərə Vətənə sevgi və qəhrəmanlıq örnəyi kimi ötürüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
 
    .jpg)

.jpg)
 
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB