Baş Prokurorluqda “Açıq qapı günü” və seminar keçirilir - YENİLƏNİR/FOTOLAR

Baş Prokurorluğun inzibati binasının yeni korpusunda “Açıq qapı günü” və “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminar keçirilir. SİA xəbər verir ki, seminarda Bakı Şəhər Prokurorluğunun rəhbərliyi, digər rəsmi şəxslər, həmçinin media nümayəndələri iştirak edirlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminar çərçivəsində prokurorluq fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının rolu müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə