Unutdurulmağa çalışılan müharibə: “AnewZ” Sudan həqiqətlərini göstərir - FOTO/VİDEO
“AnewZ” beynəlxalq televiziya kanalı Sudanda baş verən faciəni işıqlandıran sənədli film təqdim edib. SİA xəbər verir ki, televiziya kanalının çəkiliş qrupu münaqişə zonalarını ziyarət edərək artıq iki ildir ölkəni bürüyən müharibənin nəticələrini qeydə alıb.
"Sudan: Sağ qalmaq uğrunda mübarizə" (Sudan: Fight for Survival) filmi sadəcə silahlı qarşıdurmanın xronikası deyil, həm də ümumi dağıntı şəraitində insan taleyinin dərin araşdırmasıdır. Filmin qəhrəmanları təhlükəyə baxmayaraq, doğma şəhərlərində qalan, yaxınlarını itirən, lakin ümidini itirməyən real insanlardır.
“AnewZ”un jurnalistləri ağır döyüşlərdən sonra yeni azad edilmiş Omdurmanın Salha bölgəsinə giriş əldə etməyi bacarıblar. Zorakılıq izləri: dağıdılmış binalar, kütləvi məzarlıq, öldürülənlərin küçələrdən yığılmamış meyitləri kameranın obyektivinə düşüb.
Filmdə həmçinin mürəkkəb bir məsələ qaldırılır - münaqişəni qızışdıran, onu daha uzunmüddətli və qanlı edən xarici dövlətlərin və silahların rolu. Bu, sadəcə bir film deyil, yardım harayı, biganə qalmamağa bir çağırışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə