Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək. SİA xəbər verir ki, bunu Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel bildirib.
Onun sözlərinə görə, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir:
“Biz Kahramanmaraşı yenidən inşa edirik. Türkiyə Prezidentinin dəstəyi ilə ölkəmizdəki ən böyük infrastruktur Kahramanmaraşda təsis edilib. Bu günə qədər 7 milyard Türkiyə lirəsi dəyərində infrastruktur həyata keçirilib. Burada Azərbaycanla birlikdə Mədəniyyət Mərkəzi də təsis ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə