"İrana qəfil hücum iki düşmən arasında münasibətləri ən pik həddə çatdırdı" - SİYASİ ŞƏRHÇİ ŞƏRH ETDİ

"Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin 2024-cü ildə öldürülməsi İran-İsrail münaqişəsində nisbətən sakitlik yarandığı bir anda yenidən tərəflər arasındakı münasibətləri gərginləşdirmişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, bənzər gərginlik bu il aprelin əvvəlində İranın Suriyadakı konsulluğuna edilən hücumla artdı, İranın İsrailə 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raketlə hücum ilə yekunlaşmışdı: "Əvvəlcə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqə İsrail- Həmas, İsrail-Livan savaşı sonra isə Hindistan-Pakistan gərginliyi səbəbindən artan risklər və indi isə İsrail-İran müharibəsi yeni bir münaqişə ocağının yaradılması fonunda diqqətləri cəlb edir. Gözlənilməz görünən, lakin uzun illərdir hazırlanan bu savaş, İranın Yaxın Şərqdəki dayaqlarını və dəstəklədiyi gücləri zərərsizləşdirdikən sonra gözlənilən idi.

Yaxın Şərqdə İranın himayə etdiyi qüvvələrin zamanla müqavimətini qırıldıqdan sonra Tel-Əvivin İrana qəfil hücumu iki düşmən arasında münasibətləri ən pik həddə çatdırdı. Bu müharibənin necə bitəcəyini bilmək mümkün olmasa da, demək olar ki, İsrail-İran müharibəsi qlobal iqtisadiyyata ciddi təhlükə yaradır. Tərəflər arasında bir neçə gündür kəsilməyən qarşılıqlı hücumlar davam etdikcə, gərginlik aradan qaldırılmasa, qlobal iqtisadiyyat zədələnə bilər, bu da dünyada neft və qaz qiymətlərindəki dəyişikliklərə səbəb olacaq. Həmçinin maliyyə bazarlarına və aviasiya sektoruna da ağır zərbə dəyəcək. Müharibənin uzanması isə dünyadakı vəziyyəti daha da pisləşdirə bilər. Dünyanın əsas neft və təbii qaz əmtəələrinin çoxu Yaxın Şərqdəki ərazilərdən keçdiyi üçün silahlı münaqişənin davam etməsi dünya üzrə neft idxal edən ölkələrdə qiymət artımını yüksələdə bilər. Uzaqmənzilli rakterlərdən istifadə, həmçinin müharibənin hava vasitəsilə həyata keçirilməsi hava məkanının təhlükəsizliyinə təhid yaradır. Beləcə hava məkanları bağlanır, bu da aviasiya sektorunda ağır maliyyə itkisi deməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə