Bakıda məsul qurumların rəhbərlərinin ikinci iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusuna həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək tədbirin ilk günündə TDT-yə üzv ölkələrin nümayəndə heyətlərindən ibarət ekspertlərin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” və “Orta Dəhliz 360 dərəcə: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” kimi mövzular müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə