Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər. SİA xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır.

30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə