Numan Kurtulmuş: Türkiyə-Azərbaycan qardaşlığının əbədi olmasını arzulayıram

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. SİA xəbər verir ki, Türkiyə parlamentinin sədri sosial şəbəkələrdəki paylaşımında ölkəmizə səmimi təbriklərini çatdırıb.

Təbrik mesajında vurğulanır ki, Türkiyə ilə Azərbaycanı tarixi, mədəni və siyasi birlikdən çox-çox kənara çıxan möhkəm qardaşlıq bağları birləşdirir. N.Kurtulmuş daha sonra qeyd edib: “Qardaşlığımızın əbədi olmasını arzulayıram”.

Türkiyə Böyük Millət Məclisinin sədri “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə ilə Azərbaycanın bundan sonra da istənilən şəraitdə və bütün platformalarda birləşəcəyinə əminliyini ifadə edib.

"Qardaş Azərbaycan üçün bu əlamətdar gündə müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıqla dolu gələcək arzulayıram", -deyə N. Kurtulmuş mesajında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə