"Azərbaycanla İran arasında ortaq nöqtələr çoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"İranla Azərbaycan arasında ortaq nöqtələr mövcuddur. İran Azərbaycanın qonşu dövlətidir. Orada 40 milyondan artıq soydaşımız yaşayır, ortaq tarixi keçmişimiz var, eyni dinin mənsublarıyıq və s. bu kimi münasibətlərin əsasını təşkil edən ortaq nöqtələrimiz var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan İranla münasibətində üzərinə düşəni hər zaman edib, Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına heç vaxt imkan verməyib və ortaq qonşuluq siyasətinə uyğun olaraq Azərbaycan münasibətləri hər zaman saxlayıb: "İran Prezidentinin Azərbaycana səfəri, o cümlədən Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktına uyğun olaraq həmin o cinayətkarın edam cəzası ilə cəzalandırılması əslində müsbət addımlardır. Münasibətlərin inkişafı üçün zəmin yaradır. Lakin burada əsas məsələ İranın Azərbaycana olan münasibətindən asılı olacaq. Yəni, münasibətlərin inkişafı İranın Azərbaycanla bağlı siyasətindən asılı olacaq. Azərbaycan İran üçün təhdid olaraq qalacaq, yoxsa yox? İranın regional siyasətində anti-Azərbaycan mövqe davam edəcək, yoxsa yox? Yəni, Azərbaycana qarşı Ermənistanın silahlandırılması, Ermənistana iqtisadi dəstək verilməsi, anti-Azərbaycan siyasəti.Azərbaycan daxilində ideoloji siyasət həyata keçirmək cəhdləri olacaq, yoxsa yox? Bax, bütün bunlar hesab edirəm ki, münasibətlərin sonraki inkişafı üçün əsas olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə