Prezident və birinci xanım Mehriban Ağdam Muğam Mərkəzinin açılışında...
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq. Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür.
Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.
İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.
Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!
x x x
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
X X X
Konsertdən sonra dövlətimizin başçısı və birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva: Bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Var olun hamınız. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Bəyimxanım Cavanşirova-Verdiyeva: Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, həmişə toy-bayram olsun Qarabağda, Azərbaycanın hər bir guşəsində.
Bəyimxanım Cavanşirova-Verdiyeva: Amin. Xalqa ruh verən Sizsiniz. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq.
Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu: Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin.
Xalq artisti Ramiz Quliyev: Möhtərəm cənab Prezident, əzizimiz, çox gözəl xanım, canımız, ciyərimiz. Siz bizə gözəl bir gün bəxş etdiniz. Cənab Prezident, gözəl bir gündür. Ulu Öndərin 102-ci ildönümü günüdür, ruhu şad olsun. Yüz illər ötsə də Ulu Öndərin xatirəsi yaşayacaq. Necə ki, Qarabağı bu cür düzəltdiniz, yüz illər gəlib gedəcək, dünyanın bütün ölkələri Sizdən nümunə götürəcək, bu gün də götürür. Muğam da var, xalqımız da var, Siz də varsınız. Sizi bağrıma basıram. Çox sağ olun, var olun.
Prezident İlham Əliyev: Sağ olun.
Qazi Qəhrəman Hüseynov: Cənab Prezident, ömrümün bu çağında Allaha yalvarmışam ki, Sizinlə görüşə bilim. Bir dəqiqə Sizinlə görüşərdim.
Prezident İlham Əliyev: Gəl, gəl görüşək.
Qazi Qəhrəman Hüseynov: Şükür İlahi. Mehriban xanım, xoş gördük. Gecələr Allaha yalvarırdım, ay Allah, Prezidentimlə görüşüm.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sevinc Alızadə: Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Mən şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıyam, həm də “Zəfər” təşkilatının sədriyəm.
Prezident İlham Əliyev: Tanıyıram. Allah rəhmət eləsin.
Sevinc Alızadə: Mehriban xanım həmişə bizə dəstək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
ABŞ-da tərk edilmiş 1955-ci ilin Porsche avtomobili tapılıb...
Texnologiya 01:08Ancelina Coli dəbdəbəli evini satır...
Şou-Biznes 00:56“Sinologiya”ya etibar etmək olarmı?..
Dünya 00:25Arktikada yetişdirmək üçün yeni kartof sortu yaradılıb...
Maraqlı 11 Avqust 23:53Məşhur aktyor Çad Maykl Mürrey qeyri-adi şəkildə kinoya daxil olub...
Maraqlı 11 Avqust 23:45Avropa gələcək Marsa ekspedisiyalar üçün robotu sınaqdan keçirir...
Texnologiya 11 Avqust 23:36Çin Yangwang U9 hiperkarının trek modifikasiyasını hazırlayır...
Texnologiya 11 Avqust 23:24Səhər bir fincan qəhvə və ya çayın faydaları adlandırıldı...
Səhiyyə 11 Avqust 23:13Rus Pravoslav Kilsəsi...təşəbbüs qaldırıb..?
Dünya 11 Avqust 23:05Minskdə 55 nəfər mühakimə olunacaq...
Dünya 11 Avqust 22:54Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?
Texnologiya 11 Avqust 22:43Litiumun qiymətləri kəskin şəkildə artıb...
Dünya 11 Avqust 22:36Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...
Turizm 11 Avqust 22:25Şəkidə sürət həddini aşan avtomobil qəza törədib
Hadisə 11 Avqust 22:19“Ünsiyyət məsafəsi” inam və məhsuldarlığa necə təsir edir...
Maraqlı 11 Avqust 22:14Planetin ən qəribə canlılarından biri Amazon çaylarında yaşayır...
Maraqlı 11 Avqust 22:05Kreml bu əraziləri qaytarmaq niyyətində deyil...
Dünya 11 Avqust 21:54Rusiya Belarus sement sənayesini bitirə bilər...
Dünya 11 Avqust 21:45Səkinə Babayeva beynəlxalq tədbirdə çıxış edib
Sosial 11 Avqust 21:44Çində yeni Geely Cityray krossoverinin qiyməti 1 milyon rubldan başlayır...
Texnologiya 11 Avqust 21:36ABŞ-da zavodda partlayış baş verib
Dünya 11 Avqust 21:30Belarusa nə qədər rus hərbçisi gətirilib..?
Dünya 11 Avqust 21:25Ceki Çan Hollivudda baş verənlərdən danışıb...
Mədəniyyət 11 Avqust 21:14Ceyhun Bayramov ilə Kaya Kallas arasında telefon danışığı olub
Siyasət 11 Avqust 21:12ATƏT-dən Qarabağ üzrə Minsk Qrupunun bağlanması istənilib...
Siyasət 11 Avqust 21:09Simonyan Putinlə Trampın görüşü ilə bağlı şübhələrini dilə gətirib...
Dünya 11 Avqust 21:05Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 11 Avqust 21:00Narendra Modi Vladimir Zelenskiyə zəng edib...
Dünya 11 Avqust 20:58Aİ danışıqlarda iştirak tələb edir, lakin Rusiyaya məhəl qoymur...
Dünya 11 Avqust 20:54Nəzakətli olmaq xoşbəxtliyiniz üçün niyə yaxşıdır?
Maraqlı 11 Avqust 20:45Enerjili olmaq üçün hər həftə yeməli olduğunuz 10 karbohidrat...
Səhiyyə 11 Avqust 20:35Kanadada meşədə itkin düşən şəxs 9 gün su ilə qidalanıb
Dünya 11 Avqust 20:32SSRİ-nin ilk və son noutbuku necə görünürdü..?
Texnologiya 11 Avqust 20:26Solovyov “müharibə bitməyəcək” deyir...
Dünya 11 Avqust 20:14MAZ Rusiyada ağır yük maşınlarının TOP-5 satışından çıxdı...
Dünya 11 Avqust 20:05ADNSU və Vorvik tələbələrinin “Rheidol” səfəri
Təhsil 11 Avqust 20:00Rusiyanın Ukrayna ilə bağlı məqsədləri dəyişməyib...
Dünya 11 Avqust 19:54İlham Əliyev Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib...
Siyasət 11 Avqust 19:48Niyə Tramp və Putin görüş üçün “əlverişsiz” Alyaskanı seçiblər?
Dünya 11 Avqust 19:45Türkiyə mediası: “ASAN xidmət” keyfiyyətli xidmət modelidir
İqtisadiyyat 11 Avqust 19:37Tramp Milli Qvardiyanın Vaşinqtona yerləşdirəcəyini açıqlayıb
Dünya 11 Avqust 19:33Onilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu...
Siyasət 11 Avqust 19:28Meduza Fransadakı atom elektrik stansiyasını iflic edir...
Dünya 11 Avqust 19:26Makronun sülh səyləri nəticəsiz qaldı...
Dünya 11 Avqust 19:17Tramp Rusiyaya nə vaxt səfər edəcəyini açıqladı...
Dünya 11 Avqust 19:14Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb
Sosial 11 Avqust 19:12“Qəbələ” Nigeriya millisinin sabiq futbolçusunu transfer edib
İdman 11 Avqust 19:09Avropa İttifaqı nazirləri Putin-Tramp sammitini müzakirə edəcəklər...
Dünya 11 Avqust 19:05ABŞ Rusiya və Çinə məğlub olmaqdan qorxur..?
Dünya 11 Avqust 18:55Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək
Dünya 11 Avqust 18:50Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla telefonla danışıb...
Dünya 11 Avqust 18:49Xorvatiya Ukraynaya M-84 tanklarını göndərməyə davam edəcək...
Dünya 11 Avqust 18:42İnternet hərəkatı Makronun gücünü təhdid edir...
Dünya 11 Avqust 18:36Kərimov Əli adını Azərbaycanın tarixinə satqın və xəyanətkar kimi yazdırıb - Vüqar Rəhimzadə
Siyasət 11 Avqust 18:35Son 6 ayda əsas kapitala 10 milyard manata yaxın vəsait yönəldilib
İqtisadiyyat 11 Avqust 18:30Azərbaycan dünya çempionatında 23 güləşçi ilə təmsil olunacaq
İdman 11 Avqust 18:29Rusiya-ABŞ Arktika razılaşması Ukraynadakı münaqişəyə son qoya bilər..?
Dünya 11 Avqust 18:24Bioqraflar Putinin ailə sirlərindən birini açır...
Dünya 11 Avqust 18:15Vaşinqton görüşü regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib
Siyasət 11 Avqust 18:13Bakı və İrəvan bir-birinə qarşı ərazi iddialarından imtina edirlər...
Siyasət 11 Avqust 18:09"“Şkendiya” döyüşkən komandadır, sonadək ciddi oynamalıyıq..."2
İdman 11 Avqust 18:04Çen İni kim əvəz edəcək..?
Dünya 11 Avqust 17:59Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sosial 11 Avqust 17:52İtaliyada inflyasiya səviyyəsi 1,7 faiz olub
Dünya 11 Avqust 17:47Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb
İqtisadiyyat 11 Avqust 17:42Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Siyasət 11 Avqust 17:37Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Siyasət 11 Avqust 17:36Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib
İdman 11 Avqust 17:34Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Sosial 11 Avqust 17:33Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb
İqtisadiyyat 11 Avqust 17:32Vaşinqton görüşü bəzi qüvvələri ciddi narahat edib TƏHLİL
Siyasət 11 Avqust 17:04"İran və Ermənistan liderləri Zəngəzur dəhlizini müzakirə edib"
Siyasət 11 Avqust 17:02XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb - FOTOLAR
Siyasət 11 Avqust 17:00"Karvan" heyətini almaniyalı hücumçu ilə gücləndirib
İdman 11 Avqust 16:59“Bağırov” körpüsünün üzərindəki geri dönmədə hərəkət tam məhdudlaşdırılacaq - FOTO
İqtisadiyyat 11 Avqust 16:58Yeni trend: ana südü satışı - ARAŞDIRMA
Dünya 11 Avqust 16:52İran: Pezeşkian radikal müqavimətlə üz-üzə
Siyasət 11 Avqust 16:50"Gürcüstan Prezidenti Mikheil Kavelaşvili Türkiyəyə səfər edəcək"
Dünya 11 Avqust 16:49Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib
İqtisadiyyat 11 Avqust 16:45Biləsuvarda marketdə saxta spirtli içkilər aşkarlanıb
Sosial 11 Avqust 16:36Azərbaycanda daha üç faydalı qazıntı yatağı istifadəyə verilib
İqtisadiyyat 11 Avqust 16:29Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
İqtisadiyyat 11 Avqust 16:24Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək
Sosial 11 Avqust 16:22Vətəndaşların xəstəlik tarixçəsinə dair məlumatlar “mygov” platformasına daxil edilib
Səhiyyə 11 Avqust 16:20Plastik qablar praktik, yoxsa risk? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 11 Avqust 16:00Xocavənd, Ağdərə və Zəngilandakı yanğınların söndürülməsinə helikopterlər cəlb olunub
Hadisə 11 Avqust 15:59Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub
İdman 11 Avqust 15:53Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Siyasət 11 Avqust 15:33Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
İqtisadiyyat 11 Avqust 15:30Özəl xəbərlər
Digər xəbərlər"İran və Ermənistan liderləri Zəngəzur dəhlizini müzakirə edib"
Siyasət 11 Avqust 17:02Yeni trend: ana südü satışı - ARAŞDIRMA
Dünya 11 Avqust 16:52"Gürcüstan Prezidenti Mikheil Kavelaşvili Türkiyəyə səfər edəcək"
Dünya 11 Avqust 16:49Plastik qablar praktik, yoxsa risk? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 11 Avqust 16:00"Türkiyə Zəngəzur razılaşmasını alqışladı" - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 11 Avqust 15:15
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9842
+0,12%
-
GBP 2,2893
+0,23%
-
RUB 2,1251
-0,95%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;