Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
-Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.
Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.
Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.
Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.
Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.
Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.
Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.
x x x
Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.
Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.
Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.
İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.
Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.
Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.
Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.
Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.
Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Yalnız bu qadınlar gözəl adlanacaqlar...
Dəb 00:562026-cı il üçün əsas süni intellekt meylləri müəyyən edilib...
Texnologiya 00:34Almaniya Rusiya ilə müharibəyə hazırlaşır.
Dünya 00:25"Mənfi 400! Yalnız bu barədə düşünün!"..
Dünya 00:16Nio ET9 ən bahalı versiyasını alır...
Texnologiya 22 Sentyabr 23:53Psixoloqlar: "Lider nümunə göstərməlidir"...
Maraqlı 22 Sentyabr 23:45Antarktika buzlaqlarının altında 80-dən çox gizli göl aşkar edilib...
Maraqlı 22 Sentyabr 23:36Lamin Yamal ikinci dəfə ilin ən yaxşı gənc futbolçusu seçilib
İdman 22 Sentyabr 23:28Bəşəriyyət üçün dəhşətli xəbərdarlığı olan zaman kapsulu kəşf edilib...
Texnologiya 22 Sentyabr 23:25Dəniz çimərlikləri artıq insanlar üçün təhlükəsiz olmayacaq...
Dünya 22 Sentyabr 23:16Prezident İlham Əliyev Corc Volker ilə görüşüb
Siyasət 22 Sentyabr 23:09Yarım milyon məşhur enerji bankı partlama riski altındadır…
Texnologiya 22 Sentyabr 23:04Prezident İlham Əliyev Nyu-Yorkda Brüs Flətt ilə görüşüb
Siyasət 22 Sentyabr 23:02Soyuqdəyməni müalicə etmək üçün bunlardan istifadə etməyin...
Səhiyyə 22 Sentyabr 22:54Pişik üçün ideal insanın portreti tərtib edilib…
Maraqlı 22 Sentyabr 22:44Xəzər dənizində zəlzələ baş verib
Hadisə 22 Sentyabr 22:38Napoleonun ordusunu məhv edən yeni bakteriyalar aşkar edilib…
Maraqlı 22 Sentyabr 22:35Amerika Direktorlar Gildiyası yeni prezident seçib…
Mədəniyyət 22 Sentyabr 22:24Azərbaycana payız gəldi
Təhsil 22 Sentyabr 22:19Çində insanabənzər robot universitetə qəbul olunub…
Texnologiya 22 Sentyabr 22:16iPhone 17 Pro və Pro Max unikal xüsusiyyətə malikdirlər...
Texnologiya 22 Sentyabr 22:03Fransada onlarla bələdiyyə binasında Fələstin bayrağı qaldırılıb
Dünya 22 Sentyabr 22:02Prezident İlham Əliyev Nyu-Yorka səfərə gəlib...
Siyasət 22 Sentyabr 21:58“Bütün bəlalar savadlı insanların ucbatından baş verir...”
Dünya 22 Sentyabr 21:54Dronlar Moskva və ətraf bölgələrə hücum edir.
Dünya 22 Sentyabr 21:53Anoreksiya və ya Lyme xəstəliyi..?
Şou-Biznes 22 Sentyabr 21:45Təhlükəli idman..?
Səhiyyə 22 Sentyabr 21:36Kim Çen In Şimali Koreyanın “gizli silaha” malik olduğunu açıqlayıb...
Dünya 22 Sentyabr 21:23Modi hindliləri xarici malları boykot etməyə çağırıb...
Dünya 22 Sentyabr 21:14İran: 12 günlük müharibədə 1604 nəfər həlak olub
Dünya 22 Sentyabr 21:09Arxeoloqlar Bibliya cənnətinin izlərini axtarırlar...
Maraqlı 22 Sentyabr 21:05Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib -2
Siyasət 22 Sentyabr 20:57Ukraynada 4000-ə yaxın Rusiya tankı məhv edilib...
Dünya 22 Sentyabr 20:54Tusk: “Polşa hava məkanını pozan obyektləri vuracaq...”
Dünya 22 Sentyabr 20:45Kim Çen In Cənubi Koreyanı “Amerikanın vassalı” adlandırıb...
Dünya 22 Sentyabr 20:34“Ukraynada seçkilərin əhəmiyyəti yoxdur…”
Dünya 22 Sentyabr 20:25Avropa İttifaqı rəqəmsal avronu işə salmağa hazırlaşır...
Dünya 22 Sentyabr 20:14Malta Fələstin dövlətini rəsmən tanıyacaq
Dünya 22 Sentyabr 20:08"Tiqran hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram"...
Dünya 22 Sentyabr 20:05"Rusiyaya qarşı ortaq dava Cənubi Qafqazda sülhə yol açıb"...
Siyasət 22 Sentyabr 19:54İndiyədək 79 şəhərin 65-i üçün Baş plan yenilənib
İqtisadiyyat 22 Sentyabr 19:48Kiçik developer dövrünün sonu..?
Texnologiya 22 Sentyabr 19:45Hollandiyada polis 15 yaşlı uşağı güllələyib...
Dünya 22 Sentyabr 19:34Qarabağ Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilib
Təhsil 22 Sentyabr 19:31QHT-lər üçün birgə müsabiqə elan ediləcək
Sosial 22 Sentyabr 19:27Mütəxəssislər Finlandiyanın NATO müdafiəsini şübhə altına alıblar...
Dünya 22 Sentyabr 19:26BMT-nin növbəti baş katibi ilk dəfə qadın ola bilər...
Dünya 22 Sentyabr 19:16Göyçayda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
Sosial 22 Sentyabr 19:14Polis əməkdaşı 30 kq narkotiklə saxlanılıb...
Dünya 22 Sentyabr 19:04Qax sakini ağacdan yıxılaraq ölüb
Hadisə 22 Sentyabr 18:57HƏMAS Trampdan İsraillə barışıq tələb edəcək...
Dünya 22 Sentyabr 18:54Azərbaycan və İtaliyanın ikitərəfli əməkdaşlıq üçün möhkəm bazası var
İqtisadiyyat 22 Sentyabr 18:51Ukraynaya hücum əməliyyatları üçün neçə F-16 lazımdır?
Dünya 22 Sentyabr 18:45İran Rusiyaya muzdlu əsgərlər cəlb etməkdə kömək edir...
Dünya 22 Sentyabr 18:36“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu”
Siyasət 22 Sentyabr 18:29Misirli milyarder ABŞ-a 50 milyard dollara qədər sərmayə qoyur..?
Dünya 22 Sentyabr 18:26Bakıda 8-ci türk film günləri keçiriləcək
Mədəniyyət 22 Sentyabr 18:17Kubanda sərnişin qatarı yanıb...
Dünya 22 Sentyabr 18:14Əlverişli və səmərəli investisiya mühiti - ANALİTİK
Siyasət 22 Sentyabr 18:11Türkiyəyə məxsus təyyarə Bakıya təhlükəsiz eniş edib
Sosial 22 Sentyabr 18:10Misirdə fironun 3 min illik qolbağı oğurlanaraq əridilib
Dünya 22 Sentyabr 18:08Putinin dediklərinə baxmayaraq, Rusiya ordusu zəiflik nümayiş etdirir...
Dünya 22 Sentyabr 18:04Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 22 Sentyabr 18:01Tusk Putini Polşada Rusiya hava obyektlərini vurmaqla hədələyib...
Dünya 22 Sentyabr 17:59"Azərbaycan bu prosesi də uğurla başa çatdıracaq" - HƏRBİ EKSPERT AÇIQLADI
Siyasət 22 Sentyabr 17:56“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını davam etdirir”...
Dünya 22 Sentyabr 17:55"Azərbaycanın üçrəngli bayrağı hər bir yerdə şərəflə dalğalanmağa başlandı” - DEPUTAT DANIŞDI
Siyasət 22 Sentyabr 17:21"Vətən müharibəsi xarakterinə görə ədalətli azadlıq müharibəsi idi' - ŞƏRH OLUNDU
Siyasət 22 Sentyabr 17:20Qazax-Tovuz regionunda 117 ictimai iaşə müəssisəsində tələblərin pozulduğu aşkarlanıb - AQTA
Hadisə 22 Sentyabr 17:08Sabah I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir neçə müqavilə imzalanacaq
İqtisadiyyat 22 Sentyabr 17:03Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün tam təqvimi açıqlanıb
İdman 22 Sentyabr 17:02Gənclər və İdman Nazirliyində Avropa Su İdmanı Federasiyasının prezidenti ilə görüş keçirilib
İdman 22 Sentyabr 16:51Xaçmazda dərziliyi öyrənən gənc tələbə yoldaşına qayçı ilə xəsarətlər yetirib
Hadisə 22 Sentyabr 16:49"Ölkə qarşıya konkret hədəflər qoyub" - MÜNASİBƏT BİLDİRİLDİ
İqtisadiyyat 22 Sentyabr 16:47"Xüsusi xidmət orqanlarının əməkdaşlığı təhlükəsizliyi təmin edir" - ŞƏRH EDİLDİ
Siyasət 22 Sentyabr 16:47Adında "immun" sözü olan dərmanlar zərərlidir? - PEDİATR DANIŞDI
Səhiyyə 22 Sentyabr 16:47DİN-də III MDB Oyunları ilə bağlı əməliyyat müşavirəsi keçirilib
Hadisə 22 Sentyabr 16:42Yüksək Liqada debüt edəcək klub serbiyalı voleybolçu ilə güclənib
İdman 22 Sentyabr 16:42Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Təhsil 22 Sentyabr 16:36Zəngəzur dəhlizi regionda sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir TƏHLİL
Siyasət 22 Sentyabr 16:28"Terrorizmin təzahür formaları daha da aqressivləşir" - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 22 Sentyabr 16:20İqtisadiyyat İnstitutunda Milli Məclisin komitə sədri ilə görüş olub
İqtisadiyyat 22 Sentyabr 16:14"BƏƏ ilə iqtisadi əməkdaşlıq Azərbaycana yeni maliyyə resursları cəlb edir" - MÜNASİBƏT BİLDİRİLDİ
İqtisadiyyat 22 Sentyabr 16:14Elektrik avtobuslarının yığılması ilə bağlı saziş imzalanıb
İqtisadiyyat 22 Sentyabr 16:09Biz Azərbaycana diversifikasiya məsələsində köməklik göstərməyə hazırıq - AYİB
İqtisadiyyat 22 Sentyabr 16:05Azərbaycanda KOB-ların rəqəmsal və yaşıl keçidinə dəstək artırılır
İqtisadiyyat 22 Sentyabr 16:04“Profilaktik müayinələr qadın sağlamlığının qorunmasında mühüm rol oynayır” - HƏKİM DANIŞDI
Səhiyyə 22 Sentyabr 15:59"Azərbaycan və BƏƏ arasındakı əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub" - DEPUTAT ŞƏRH ETDİ
Siyasət 22 Sentyabr 15:53"Səfər yeni və səmərəli bir mərhələnin əsasını qoyacaq" - MÖVQE BİLDİRİLDİ
Siyasət 22 Sentyabr 15:53Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək
Təhsil 22 Sentyabr 15:51Astarada leysan nəticəsində torpaq sürüşməsi olub
Hadisə 22 Sentyabr 15:49Azərbaycan paraüzgüçüsü dünya çempionatında ikinci medalını qazanıb
İdman 22 Sentyabr 15:47Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat 22 Sentyabr 15:44Ağdərənin Həsənriz kəndinə köçən daha 29 ailəyə evlərin açarları təqdim edilib - FOTOLAR
Sosial 22 Sentyabr 15:39"İnkişafın əsas göstəricisi əhalinin səhiyyə xidmətlərinə əlçatanlığıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 22 Sentyabr 15:38"Orta təbəqənin mövcudluğu sabitliyin əsas şərtidir" - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 22 Sentyabr 15:35Azərbaycan gimnastları Misirdə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar
İdman 22 Sentyabr 15:31Şəkidə III MDB Oyunlarına sınaq xarakteri daşıyan bədii gimnastika yarışı keçirilib - FOTOLAR
İdman 22 Sentyabr 15:27Özəl xəbərlər
Digər xəbərlər"Azərbaycan bu prosesi də uğurla başa çatdıracaq" - HƏRBİ EKSPERT AÇIQLADI
Siyasət 22 Sentyabr 17:56"Azərbaycanın üçrəngli bayrağı hər bir yerdə şərəflə dalğalanmağa başlandı” - DEPUTAT DANIŞDI
Siyasət 22 Sentyabr 17:21"Vətən müharibəsi xarakterinə görə ədalətli azadlıq müharibəsi idi' - ŞƏRH OLUNDU
Siyasət 22 Sentyabr 17:20"Ölkə qarşıya konkret hədəflər qoyub" - MÜNASİBƏT BİLDİRİLDİ
İqtisadiyyat 22 Sentyabr 16:47"Xüsusi xidmət orqanlarının əməkdaşlığı təhlükəsizliyi təmin edir" - ŞƏRH EDİLDİ
Siyasət 22 Sentyabr 16:47Adında "immun" sözü olan dərmanlar zərərlidir? - PEDİATR DANIŞDI
Səhiyyə 22 Sentyabr 16:47
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9942
-0,38%
-
GBP 2,2883
-0,62%
-
RUB 2,0372
-0,30%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;