Masallıda “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı konfrans keçirilib FOTOLAR
Martın 14-də Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının və Ombusmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə Masallı rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı konfrans keçirilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı rayon təşkilatının, Masallı rayonu üzrə gənclər və idman sektorunun, təhsil sektorunun əməkdaşları, müharibə iştirakçıları, qazilər, gənclər və idmançılar iştirak edib.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canlarını fəda edən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şəbəsinin müdiri Qəşəm Hadıyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Aprel döyüşləri iştirakçısı Vətən Müharibəsində xüsusi təyinatlı qüvvələrdə qrup komandiri 16 medal və “Qarabağ və 3-cü dərəcəli Rəşadət ordeni” ilə təltif olunmuş qazi Cəfərzadə Nazim, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyindən və müstəqilliyimizin qorunması üçün göstərilən qətiyyətli siyasi iradədən söz açıblar.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə məhrumuyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmuşdur.Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq.Dövlətimizin başçısı prezident cənab İlham Əliyevin Sərəncamı da bu baxımdan əlamətdardır.
Bütün xəbərlər Facebook səhifəmizdə