Qarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur - ANAR QULİYEV

Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib.

"Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir", - deyə o qeyd edib.

A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə