Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidentİ İlham Əliyevin adından təşəkkür edib. SİA xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə