“Tarixdə mühüm rol oynamış görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Rusiyada böyük hörmətlə yad edilir”.
SİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiya və Azərbaycan üçün mühüm mədəni-humanitar hadisə olacaq".
“Ölkəmizdə bu parlaq, qeyri-adi istedadlı insan və dövlət xadiminin xatirəsi böyük sevgi və hörmətlə yad edilir”, - deyə M.Zaxarova vurğulayıb.
O bildirib ki, 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib. Abidə qoyulması da bu ənənənin davamıdır.
“Hazırda yalnız təməlqoyma mərasimi keçirilib, bir növ rəmzi daş qoyulub, lakin abidə hələ qurulacaq”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb və əlavə edib ki, bu, Rusiya və Azərbaycan arasında mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilən yeganə layihə deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə