"BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur" - Fəxrəddin Altun

"BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur". SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun martın 4-də Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panelin iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacı olduğunu ifadə edir: “Biz daha hərtərəfli bir dünya inşa etməyə çalışırıq. Dövlətlər, QHT-lər və media quruluşları arasında daha güclü əlaqənin tərtib edilməsinə ehtiyac var. Türkiyə beynəlxalq ictimaiyyətin də iştirakı ilə daha ədalətli bir dünya inşa etməyin mümkünlüyünə inanır”.

Bütün xəbərlər Facebook səhifəmizdə