"Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası elan olunub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan xalqı zəfər qələbəsi əldə edəndən sonra 2020-ci ilin noyabrın 10-dan sonra Qarabağda əvvəlcə yenidənqurma və bərpa işləri aparıldı və bu gündə həmin işlər sürətlə davam etdirilir. Çünki cənab Prezident İlham Əliyev həmişə daim diqqət göstərir və tez-tez həmin rayonlara səfər edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair birinci dövlət proqramının tədbirlər proqramı təsdiq olundu. "Həmin tədbirlər proqramına görə Ağdam rayonunda "Ağdam Sənaye Parkı", Cəbrayıl rayonunda "Araz Valisi İqtisadi Zonası" və digər iri komplekslər yaradılmağa başlandı. Əsasən infrastuktur yaradılmağa başladı və ilk növbədə həmin ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri aparıldı və bu gün də həmin işlər davam etdirilir.

Şərqi Zəngəzur iqtisadi zonalarında yol infrastrukturları 2021-ci ildən çəkilməyə başlayıb və bu gün də davam etdirilir. Bu ilin sonuna qədər işlər tam başa çatdıralacaqdır. Əsasən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası elan olunub. Burada yaşıl enerjilər istifadə olunacaq. İlk növbədə qayıdışın ilk işi Zəngilan rayonu Ağalı kəndinin salınması layihəsi başladı və burada ilk olaraq bizim qaçqın və köçkün bacı-qardaşlarımız öz doğma yurdlarına köçürüldü sonradan isə digər rayonlara Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Şuşa, Xankəndi bunların hamısına mütəmadi köçlər davam etdirilir.

Son səfərində cənab Prezident və birinci vitse-prezident bir çox obyektlərdə oldular. Orada yeni yaşayış və istehsal sahələri fəaliyyət göstərir. Əhali orada işlə təmin olunur. Məsələn, dünən Xankəndidəki tikiş fabrikinə, iş sahəsinə cənab Prezident baş çəkdi, işçilər ilə görüş keçirdi. Hamısı əhalinin yaxşılaşdırılması üçün görülən tədbirlərdir. Ağdamda 1 nömrəli tam orta təhsil məktəbi dörd min üç yüz kvadrat metrlik sahədə, 960 şagirdin oxuyacağı məktəbin inşası başa çatdırılır. Eyni zamanda orada 160 yerli uşaq bağçası da tikilir. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevə bu məslələri daim diqqətdə saxlayır və nəzarət edirlər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə