"Qlobal dəyişikliklər dövründə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi qürurvericidir". SİA xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzində Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu"nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusundakı dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, 150 yaşlı milli mətbuatımızın yaranması qardaş ölkə ilə harmoniyada davam edib.
Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin şriftlərini Türkiyədən gətirmişdi. Ona görə də, bu qəzeti türk qəzeti adlandırdı. Bu, informasiya savaşlarını qaçılmaz edirdi. Tarixi köklərə bağlılığı artırdı.
Vətən müharibəsində təkcə hərbi deyil, informasiya müharibəsi də əvəzsiz rol oynayıb. Təkcə 85 milyonluq türk insanına deyil, bütün dünyaya yayıldı. Müharibənin ilk günlərindən Əliyev-Ərdoğan birliyi özünü göstərdi. Bir durğu və nida var idi: Azərbaycan!
"Can Azərbaycanın yanındayıq" nidası bütün türk mediasında əsas çağırış idi.
44 müqəddəs gün bütün türk dünyası üçün unudulmaz idi. "Həmrəyliyinə və dəstəyinə görə çox təşəkkür edirik" deyən İlham Əliyev qardaşlarımızın dəstəyini dəyərləndirdi. Türkiyədə meşə yanğınları zamanı özünü ilk çatdıran da Azərbaycan oldu. Azərbaycan və Türkiyəyə qarşı informasiya düşmənlərimiz eynidir. Biz birlikdə qalib gələ bilərik, hərbidə olduğu kimi.
"Medianın in bayrakdarları" Vətənimizi qoruyurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə