Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə