Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu yubiley görüşü Bakıda keçiriləcək
Gürcüstan Baş nazirinin sabah Bakıya səfəri çərivəsində hökumətlərarası komissiyanın 10-cu yubiley görüşü keçiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Tarixi kəsimdə hər iki ölkə üçün çox çətin, mürəkkəb dövrlər olub. Ancaq Azərbaycan və Gürcüstan münasibətlərini səciyyələndirən amillər mehriban qonşuluq və dostluqdan ibarət olub. Bu gün biz bu münasibətlərin bəhrəsini görürük. Bu gün Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli dialoq ən yüksək səviyyədədir”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə