Türkiyə və Ukraynanın XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ukraynalı həmkarı Andriy Sibiqa arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziriliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, iki ölkənin XİN başçıları danışıq zamanı Rusiya ilə Ukrayna arasında davam edən qarşıdurmanı, eləcə də Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə