Rusiya vətəndaşlarının ölkədə qalma qaydaları sərtləşdirilib

Azərbaycan Rusiya vətəndaşlarının ölkədə qalma qaydalarını sərtləşdirib.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

...Rusiya Federasiyasının vətəndaşları, habelə Rusiya Federasiyasında daimi yaşayan, lakin Rusiya vətəndaşlığı olmayan şəxslər bir təqvim ili ərzində 90 gündən çox olmayan müddətə Azərbaycan ərazisində vizasız qala bilərlər.

Məlum olduğu kimi, buna qədər Rusiya vətəndaşları Azərbaycanda 180 günə qədər vizasız qala bilərdilər.

Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl Azərbaycan hökumətinin yaxın günlərdə Rusiya vətəndaşlarının ölkədə qalma qaydalarını dəyişəcəyini açıqlamışdı.

Lakin dəyişikliklərin konkret təfərrüatları açıqlanmayıb.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, rusların Azərbaycanda qalmasının məhdudlaşdırılması Bakının suveren hüququdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə