Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb.

SİA xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında xatirə kitabının açıldığı elan olunub, hadisə ilə əlaqədar paylaşımlar edilib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin müşaviri Corce Şarçeviç, Rəyasət Heyətinin üzvü Denis Beçiroviçin kabinet rəhbəri Aliya Kozlyak və xarici ölkə səfirliklərinin rəhbərləri və nümayəndələri Azərbaycan səfirliyinə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Hadisə yerli KİV və sosial media şəbəkələrində geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə