Azərbaycanın NATO yanındakı nümayəndəliyində Ulu Öndərin anım mərasimi keçirilib
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın NATO yanındakı nümayəndəliyində böyük ehtiramla anılıb. SİA xəbər verir ki, tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nümayəndəliyin başçısı Cəfər Hüseynzadə anım tədbirində çıxış edərək Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun, habelə NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın banisi olduğunu qeyd edib. Nümayəndəliyin başçısı Ümummilli Liderin ölkəmizə böyük və əvəzedilməz töhfələri barədə danışarkən 1993-cü ildə onun Azərbaycana böyük qayıdışı ilə tariximizdə ən dinamik və uğurlu tarixi dövrün başlandığını vurğulayıb.
Nümayəndəliyin başçısı əlavə edib ki, Ulu Öndərin irsi hər zaman ölkənin gələcək nəsilləri üçün bir yol göstərici və ilham qaynağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170