Bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.

SİA xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il yanvarın 29-da keçirilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. Təklif səsverməyə çıxarılaraq qəbul edilib

Bütün xəbərlər Facebook səhifəmizdə