Hazırda COP29 iqlim sammitinin “Xəzər” zalında keçirilən “Karbonsuzlaşdırma həlləri üzrə aparıcı güc” mövzusunda plenar iclasda çıxış edən Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının (“World Business Council for Sustainable Development” - WBCSD) icraçı direktoru Peter Bekker məruzə ilə çıxış edib. SİA xəbər verir ki, WBCSD-in icraçı direktoru çıxışına “Çox sağ ol, Azərbaycan!” sözləri ilə başlayıb və COP29 iqlim konfransının təşkilatçılarına, həmçinin iqlim gündəliyinə sadiq olan hər kəsə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə