Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə