Azərbaycan səfiri Mərakeşin müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Krallığın Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyi ilə görüşüb. SİA xəbər verir ki, bir neçə il əvvəl Azərbaycanda səfərdə olduğunu vurğulayan A.Ludiyi, Azərbaycan və Mərakeş arasında oxşar cəhətləri və əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanları qeyd edib.

Səfir N.Səmədov, son illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələr, çoxsaylı səfərlər və imzalanmış müqavilələr barədə məlumat verib, ikitərəfli əlaqələr çərçivəsində müqavilə-hüquq bazasının daha genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda nazirə Azərbaycana səfərə dair dəvətnamə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə