"COP29-un Azərbaycanda təşkili tarixi hadisədir" - Hulusi Kılıç ŞƏRH ETDİ

“COP29-un Azərbaycanda təşkili tarixi hadisədir. Çünki müasir qloballaşan dünyanın ən mühüm problemlərindən biri iqlim dəyişikliyidir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Hulusi Kılıç sözlərinə belə davam edib: “Hazırda atmosferə buraxılan karbon emissiyaları iqlim dəyişikliyini sürətləndirir və problemə çevirir. Bu vəziyyət dünya iqtisadiyyatına böyük ziyan vurur. Dünya indi başa düşür ki, bu problemdir. İqlim dəyişikliyi ilə bağlı qaydalar 90-cı illərin ortalarından etibarən hazırlanır. Kiçik icmalar tərəfindən təşkil edilən proqramlar kimi başlasa da, bütün dünyaya yayılmağa başladı və nəticədə Birləşmiş Millətlər Təşkilatının çətiri altında birləşdirildi. Əvvəllər dünyanın müxtəlif ölkələrində 28 dəfə keçirilən İqlim Dəyişikliyi Konfransının sonuncusunun Azərbaycanda keçirilməsi tarixi hadisədir. Hətta Ermənistan bu konfransın Azərbaycanda təşkilinə qarşı çıxmadı, əksinə, dəstəklədi.

COP29 ilə bağlı Azərbaycanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi hazırlıq işləri aparılır. 2024-cü il noyabrın 11-24-də minlərlə insan Bakıya gələcək, onlarla dövlət başçısı konfransda iştirak edəcək. Bu da mühüm hadisədir. Konfransda iştirak edən ölkələr Can Azərbaycanın İqlim Dəyişikliyi ilə bağlı həyata keçirdiyi tədbirlərin nə qədər uğurlu olduğunu görəcəklər.

Dünya ölkələri öz güclərini birləşdirməlidirlər. Azərbaycanın bununla bağlı səyləri də göz qabağındadır. Pre-Cop adlı görüş bu yaxınlarda baş tutdu. Bu konfransda yüksək səviyyəli qonaqlar iştirak edirdi. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri cənab Murat Kurum da bu konfransa qatıldı və çox əhəmiyyətli mesajlar verdi.

11-24 noyabr 2024-cü il tarixləri arasında baş tutacaq tədbirlərdə iştirak etmək üçün minlərlə insan Bakıya gələcək, dünya mətbuatı izləyəcək və Can Azərbaycanın bu cür böyük təşkilatlara nə qədər hazırlıqlı və uğurlu olduğunu görəcəklər. Bundan əlavə, biz bilirik ki, cənab Muxtar Babayev və onun komandası aylardır konfransa hazırlıq prosesini ciddi şəkildə həyata keçirirlər. Ali Baş Komandan İlham Əliyevin konfransa hazırlıq işlərinə verdiyi önəm və sonrakı tədbirlər görülən işlərin ən yaxşı şəkildə həyata keçiriləcəyini göstərir. Bu işin siyasi və strateji əhəmiyyətini hamımız görəcəyik. Bu, Azərbaycan əhalisinin dünyada sayına töhfə verəcək böyük tədbir olacaq. Uğurlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə