“Azərbaycanla Rusiya arasında son illərdə çox dərin əməkdaşlıq siyasəti həyata keçirilir. Məlum olduğu kimi ölkələr həm siyasi, həm də iqtisadi baxımdan geniş əlaqələrə malikdir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanla Rusiya müttəfiq ölkələrdir. Bu həm siyasi, həm iqtisadi, eyni zamanda da böyük anlam daşıyan məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.
O bildirib ki, iki ölkə arasında son illər daha çox idxal-ixrac, ticarət əlaqələrinin gücləndirilməsi yüksələn xətt üzrə inkişaf edir: “Məlum olduğu kimi Azərbaycanın istehsal etdiyi bir çox məhsullar Rusiya bazarına çıxarılır. Eyni zamanda Rusiyadan da Azərbaycana çox çeşiddə məhsul idxal edilir. Bu da ölkələr arasında qarşılıqlı ticarətin hər ötən gün yüksəlməsi ilə nəticələnir. Qarşılıqlı sərmayənin qoyulması, özəl şirkətlərin əlaqələr qurması da münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya prezidenti ilə görüşü, aparılan müzakirələr də mühüm əhəmiyyət kəsb edir. Bir neçə müddət əvvəl Rusiya Prezidenti ölkəmizə səfər etmiş. Bu səfər çərçivəsində də mühüm razılaşmalar əldə olundu. Bütövlükdə iki ölkə arasındakı əməkdaşlıq inkişaf etməyə davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə