İqbal Ağazadə Ədalət Vəliyevlə görüşdə NƏLƏRİ MÜZAKİRƏ ETDİ? - DETALLAR

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşü olub. SİA xəbər verir ki, görüş barədə İqbal Ağazadə özünün “facebook” səhifəsində paylaşım edib:

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüm oldu.

Görüşdə ictimai-siyasi vəziyyət, gələcək əlaqələr və münasibətlər, son parlament seçkiləri, gözlənilən bələdiyyə seçkiləri müzakirə edilmişdir, bundan sonra da qarşılıqlı əlaqələrin və dialoqun davam etdirilməsi vurğulanmışdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə