"Revanşist qüvvələr hələ də müharibə istəyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin səksən faizi razılaşdırılıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, delimitasiya və demarkasiya prosesində əsasnamə təsis olunub, müəyyən irəliləyişlər nəzərə çarpır: "Amma biz görürük ki, Ermənistanda müəyyən qədər revanşist qruplar hələ də müharibə istəyir. Etirazçıların da əsas şüarı sülh prosesinə mane olmaqdır.

Ermənistan ordusunda da sülh prosesinə mane olan qüvvələr var. Onlar istəmirlər ki, Azərbaycanla sülh müqaviləsi bağlansın. Təbii ki, Ermənistan hökuməti çalışır ki, revanşistləri neytrallaşdırsın. Qarabağdan keçib gedən bəzi separatçı liderləri, kilsəni neytrallaşdırmağa çalışır, lakin hələ də bacara bilmir. Orduda hələ də təxribatçı qüvvələr var. 30 il ərzində bunlar köklü surətdə maliyyə cəhətdən kifayət qədər gücləniblər. Dövlətin strukturlarında oturuşublar. Ona görə də Nikol Paşinyan üç-dörd il də bunları tamamilə sıradan çıxarmağa çətinlik çəkir. Müəyyən zaman, il lazımdır ki, Paşinyan hakimiyyətdə olsun, bunları zərərsizləşdirsin.

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün maksimum vasitəçilik edir. Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Həmçinin Azərbaycan Ermənistanla demarkasiya prosesi çərçivəsində 900 hektar ərazi qarşı tərəfə verilib. Bu ərazidən sərhəd qoşunları geri çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalıb”.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə