Ali Məclis sədrinin yeni müavini Arzu Abdullayev KİMDİR? - DOSYE
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinə yeni müavinlər seçilib. SİA xəbər verir ki, bu gün VII çağırış Ali Məclisinin birinci sessiyası keçirilib.
Sessiyada deputat Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.
Qeyd edək ki, Arzu Kamal oğlu Abdullayev 16 sentyabr 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1994-2005-ci illərdə orta məktəbdə oxuyarkən məqalələri mütəmadi olaraq Ordubad rayonunun “El həyatı” qəzetində dərc edilib. 2006-2010-cu ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin “Tarix” ixtisasını, 2011-2013-cü illərdə həmin universitetin magistratura səviyyəsində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını, 2014-2017-ci illərdə “Vətən tarixi” üzrə doktorantura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2022-ci ildən tarix elmləri doktoru üzrə Dissertantura təhsili alır 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Ailəlidir, iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB