“20 ədəd mexaniki minatəmizləmə maşınından istifadə olunur” - Əflatun Məmmədov

“İşğaldan azad olunmuş ərazilərimizdə növü məlum olmayan partlamamış hərbi sursat tapılmışdır. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına 300-400 nəfər istehkamçı cəlb edilib”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mühəndis Qoşunları Baş İdarəsinin Minalarla Mübarizə şöbəsinin rəisi Əflatun Məmmədov deyib.

O bildirib ki, ərazilərimizin minalardan təmizlənməsinə 20 ədəd mexaniki minatəmizləmə maşını və 8 minaaxtaran cəlb olunub: “Minatəmizləmə zamanı istehkamçı üçün hər şəraitə uyğun geyim seçilir. İşğaldan azad olunmuş ərazilərimiz minalardan əlavə olaraq partlamamış digər silah-sursatlarla da çirkləndirilib. Hətta ərazilərimizdə 2021-ci il istehsalı olan minalar tapılıb, bu da düşmənin öz məkrli siyasətini müharibədən sonra da davam etdirdiyini göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə